Azərbaycanın daha çox turist qəbul etdiyi ölkələrin adları açıqlanıb

Azərbaycana daha çox qonşu ölkələrdən - Rusiya, Gürcüstan, İran və Türkiyədən turistlər gəlir. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev məlumat vermişdir.
Siyahıda sonrakı yerləri Avropa ölkələri tutur. A.İsmiyev son 2-3 ildə Azərbaycana Yaponiya və Çindən də turistlərin gəldiyini bildirmişdir.
"Onlar əsasən, regional marşrutlara maraq göstərirlər. Gürcüstan-Azərbaycan marşrutundan istifadə edəndə eyni səfər zamanı bir neçə ölkəyə - Türkiyə, Gürcüstan, Azərbaycana gələ bilirlər. Bu ölkənin turistləri məsafə uzun olduğundan onu daha maraqlı etmək üçün bir səfərlə 2-3 ölkəyə baş çəkirlər".
A.İsmiyev əlavə edib ki, 3-4 il əvvəl Azərbaycana turistlər fərdi şəkildə gəlirdilər. Amma artıq turistlərin Azərbaycana böyük qruplarla səfər etməsi halları çoxalmışdır.
"Bu, həm Azərbaycanın turizm sahəsinin inkişafının, həm yerli turizm şirkətlərinin fəaliyyətinin, həm də ölkənin turizm potensialının xarici ölkələrdə təbliğinin nəticəsidir. Beynəlxalq turizm sərgilərində çıxış edərkən Azərbaycanın turizm şirkətləri müxtəlif ölkələrin turizm şirkətləri ilə müqavilələr bağlayırlar. Hər dəfə müqavilə bağlananda da, təbii ki, turistlərin həm fərdi, həm də qrup şəklində Azərbaycana cəlb edilməsi məsələləri gündəmdə olur".
Ötən il Azərbaycana xaricdən 1 milyon 968 min turist gəlmişdir. Cari ilin ilk 6 ayında isə bu göstərici 1 milyon 16 minə yüksəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında