Almaniyada yaşayan azərbaycanlılar Bundestaqa müraciət ünvanlamışlar

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının təşəbbüsü və dəstəyi ilə Maqdeburq şəhərində yaşayan soydaşlarımız Bundestaqa müraciət ünvanlamışlar.
Soydaşlarımız müraciətlərində Almaniya rəsmilərini Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər torpaqlarının geriyə qaytarılması ilə bağlı öz fikirlərini bildirməyə, bu sahədə fəallıq nümayiş etdirməyə və hadisəyə biganə qalmamağa səsləmişlər.
Qeyd edilmişdir ki, işğala məruz qalan Azərbaycan münaqişənin mümkün qədər tez və sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycan ilə Ermənistan arasında aparılan ikitərəfli danışıqlar prosesində müəyyən irəliləyiş vardır, lakin Ermənistan hər zaman bu irəliləyiş prosesini uzadır.
Müraciətdə soydaşlarımız Almaniyanı Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının tanınması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi norma və prinsiplər çərçivəsində həlli ilə bağlı aparılan danışıqlarla bağlı öz fikirlərini bildirməyə və prosesdə fəal iştirak etməyə çağırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında