"Siyasi partiyalar haqqında" qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq

Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirmək məqsədilə bütün imkanlardan maksimum istifadə olunur. Əvvəllər qəbul olunmuş qanunlar daha da təkmilləşdirilir, əlavə və dəyişikliklər olunur, müasir dövrün tələbləri ilə uyğunlaşdırılır. Azərbaycan sürətli inkişaf yolunda irəlilədikcə bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi zərurəti də gerçəkləşir. "Siyasi partiyalar haqqında" Qanunun da yenilənməsi dövrün tələblərindən irəli gəlib.
"Siyasi partiyalar haqqında" qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə olunması ilə əlaqədar ehtimallar güclənib. Əməkdaşımız bu məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə müraciət etmişdir. Aparat rəhbəri demişdir:
- "Siyasi partiyalar haqqında" qanun layihəsi artıq hazırdır. Bu qanun layihəsi ənənəvi olaraq Venesiya Komissiyasına göndərilib. Hazırda bu sənədə Venesiya Komissiyasında baxılır. Yəqin ki, sentyabr, oktyabr aylarında ekspertlər arasında bu məsələ ilə əlaqədar geniş görüş keçiriləcək. Venesiya Komissiyası, Avropa Şurası və Azərbaycanın ekspertləri qanun layihəsi ətrafında müzakirələr aparacaq, öz münasibətlərini bildirəcəklər. Sonra qanun layihəsi Azərbaycan Prezidentinə təqdim olunacaq.
"Siyasi partiyalar haqqında" qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağı mümkündür" - deyə Səfa Mirzəyev bildirib.
S.Mirzəyev "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi üzərində də işin davam etdirildiyini bildirdi. O dedi ki, ya 2011-ci ilin payız, ya da 2012-ci ilin yaz sessiyalarında bu qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında