Sahil və Ümid qəsəbələrinin sakinləri üçün Məşğulluq - Məsləhət Mərkəzi açıldı

"Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsu ilə Sahil və Ümid qəsəbələrinin sakinləri üçün Məşğulluq - Məsləhət Mərkəzi yaradılmışdır, idarəetmə prosesini isə Dirçəliş İqtisadi Araşdırmalar Təşkilatı aparacaq.
Açılış mərasimi 5 avqust 2011-ci il saat 10.00-da Sahil qəsəbəsi, Mədən küçəsi, 37 nömrəli ünvanda keçirilmişdir.
Mərkəzin məqsədi qəsəbə sakinlərini məşğulluğa dair məsləhət xidməti və təlimlərlə əhatə etmək, onları vakant iş yerləri haqda məlumatlandırmaq və onlara sərbəst iş yerlərinə müraciət etməkdə kömək göstərməkdən ibarətdir.
İşə düzəlmə ilə bağlı məsləhət xidməti göstərmək məqsədilə mərkəzdə aşağıdakı məsələlərə dair məsləhət veriləcək və yardım göstəriləcək:
müsahibədən uğurla necə çıxmalı;
CV-ni necə yaratmalı;
işə düzəlmə prosesi haqda məlumatlandırma; əmək hüquqları;
ərizəni necə doldurmalı;
testdən necə keçməli;
şəxsi qabiliyyətləri necə qiymətləndirməli və təhlil etməli.
Məşğulluq - Məsləhət Mərkəzinə müraciət edən qəsəbə sakinlərinə əmək bazarı, işə düzəlmə və məşğulluq imkanları, işsizliyin azaldılmasına dair dövlət proqramına dair məsləhət verilməsi və təlimlərin keçirilməsi nəzərdə tutulub.
İl ərzində mərkəzdə 1000-ə qədər Sahil və Ümid qəsəbə sakinlərinin əhatə edilməsi, vakant iş yerinin tapılmasının, layihə iştirakçılarının uyğun peşə yönümlü ixtisaslar üzrə həmin iş yerlərinə istiqamətləndirilməsi və nəticədə Məşğulluq - Məsləhət Mərkəzinə müraciət edənlərin müəyyən faizinin işlə təmin edilməsi planlaşdırılır.
Tədbirdə Qaradağ rayon Məşğulluq Mərkəzinin nümayəndəsi, Qaradağ rayon Sosial Müdafiə Mərkəzinin nümayəndəsi, "Qaradağ Sement" ASC-nin nümayəndələri, Sahil və Ümid qəsəbələrinin icra nümayəndələri, Sahil və Ümid qəsəbə bələdiyyələrinin nümayəndələri və qəsəbə sakinləri iştirak etmişlər.
"Qaradağ Sement" ASC Holcim qrupunun bir hissəsi olan və bazarı yerli və beynəlxalq tələblərə cavab verən tikinti malları ilə təmin edən bir şirkətdir. www.garadagh.com. 1912-ci ildə İsveçrədə yaranan Holcim Qrupu hazırda öz sahəsində beynəlxalq liderlərdən biridir. Qrup 70 ölkədə yatırdığı böyük və kiçik sərmayələr vasitəsilə bütün qitələrdə özünü tanıtmışdır. www.holcim.com


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında