Azərbaycanda külək enerjisinin regenerasiyası üzrə iri park ilin sonunadək işə salına bilər

"Caspian Technology Company" Azərbaycanın Xızı rayonunun Yaşma qəsəbəsində külək enerjisinin regenerasiyası üzrə parkın ("Şurabad" layihəsi) yaradılması çərçivəsində lazımi infrastukturun quraşdırılmasını başa çatdırıb. Bu barədə Trend-ə şirkətdən məlumat vermişlər.
Mənbənin sözlərinə görə, ərazidə betonlaşdırma və yol tikintisi üzrə bütün işlər başa çatdırılmışdır.
"Betonlaşdırma və yol tikintisi üzrə bütün işlər başa çatıb. Parkın yaradılması üzrə işlərin başa çatma müddəti avadanlığın tədarük müddətindən asılı olacaq".
Avadanlıq Azərbaycana Almaniya və Danimarkadan gətiriləcək. Avadanlıq qısa müddət ərzində gətirilsə, parkın tikintisi üzrə işlər bu ilin sonunadək başa çatacaq. Xəzərdən gedən naviqasiya kanalları mövsümünün başa çatması ilə bağlı yubanma yaranarsa, bu müddət 2012-ci ilin birinci rübünə keçirilə bilər.
16 külək qurğusundan ibarət olacaq parkın ümumi gücü 48 meqavat təşkil edəcək. Layihə çərçivəsində istifadəsi planlaşdırılan qurğular "Vestas" şirkəti tərəfindən "Caspian Technology Company" ilə uzunmüddətli müqavilə əsasında istehsal edilmişdir. Park istismara verildikdən sonra hər il 201 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə öz növbəsində 57 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.
Müqavilə çərçivəsində parkın istehsal edəcəyi enerji "Azərenerji" ASC-nin paylama şəbəkəsinə ötürüləcək. ASC onu "Bakıelektrikşəbəkə" SC-yə verəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında