Kinostudiyada təmir işləri yenidən başlayacaq

Azərbaycanın yeganə kinostudiyası olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm"in əsaslı təmiri ilə bağlı bir çox şirkətlərlə danışıqlar gedir. Bunu Lent.az-a açıqlamasında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib. 
O bildirib ki, kinostudiya tam müasir qaydada yenidən təmir olunacaq: "Hazırda biz bir neçə şirkətlərlə danışıqlar aparırıq. Tam razılaşandan, təsdiq olunandan sonra iş başlayacaq. Yəqin ki, təmir işlərinə yeni ildən start veriləcək. İstəyirik elə edək ki, "Azərbaycanfilm" dünyada ən yaxşı kinostudiya olsun".
Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyası 50 il bundan qabaq tikilib və o vaxtdan əsaslı təmir olunmayıb. Kinostudiyanın laboratoriyası 20 ilə yaxındır ki, fəaliyyət göstərmir. Pavilyonları pis vəziyyətdədir. İstilik sistemi 25 ildir işləmir. Səsyazma sexi, otaqları, dəhlizləri bərbad haldadır. Çəkiliş avadanlığı isə 1974-cü ildə alınandır. Buna görə də film istehsalı zamanı kinostudiya texnikanı Rusiya, Gürcüstan, ya da İrandan icarəyə götürür.
Onu da xatırladaq ki, 2005-ci ildə kinostudiyada təmir işləri başlasa da, yalnız dam örtüyünün yenilənməsi ilə kifayətlənilmişdi. Bu 6 il müddətində ölkənin yeganə kinostudiyasının əsaslı təmir işləri yarımçıq dayandırılmışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında