Şirvanın Bayramlı qəsəbəsində Kürün uçmuş bəndinin bərpası başa çatmışdır

Mayın 12-də axşama yaxın Şirvan şəhərinin Bayramlı qəsəbəsində mayın 7-də Kür çayının uçmuş bəndinin bərpası istiqamətində həyata keçirilən səmərəli və fasiləsiz tədbirlər nəticə vermişdir.
Fövqəladə Hallar Nazirliyinin və "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin yüzlərlə texnikası və canlı qüvvəsinin birgə səyi ilə bənd bağlanmışdır.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin verdiyi məlumata görə, çayın bu hissəsində ağır qaya və beton parçaları arasından kiçik həcmli su sızmaları vardır. Günün sonunadək bənddən su sızması tam aradan qaldırılacaqdır. Hazırda ağır qaya parçaları və beton hissələri ilə dolu maşın karvanı Sabirabad rayonunun Mürsəlli kəndinə doğru irəliləyir. Bu kəndin ərazisində mayın 10-da Kür çayında baş vermiş daşqının uçurduğu bəndlər bərpa edilir.
Qeyd edək ki, Sabirabadın Ulacalı icra nümayəndəliyinin Mürsəlli kəndində Kür çayının bəndi uçurması nəticəsində nümayəndəliyin ərazisindəki 650 evin 4 min nəfər sakini dərhal təhlükəsiz ərazilərə köçürülmüşdür.
Nazirlik rəsmisinin bildirdiyinə görə, daşqın zamanı həlak olmuş Sabirabad rayonunun Qaragüney kəndinin bir nəfər sakininin cəsədi tapılmışdır. Mayın 11-də daşqın suyu əhatəsində qalmış 18 nəfər rayon sakini isə qurumun ərazidə növbə çəkən helikopterlərinin köməyi ilə xilas edilmişdir.
Rayonda daşqından xilasetmə tədbirləri davam etdirilir. Çadır şəhərciklərində məskunlaşmış əhali tezliklə doğma yurd-yuvasına dönmək ümidindədir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında