Politoloq Ömər Lütəm: "Ermənistanda bir çox siyasətçi Azərbaycan və Türkiyənin əleyhinə danışaraq siyasi kapital yığmağa çalışır"

"Ermənistan dövlət başçısının sözlərinin "sülh prosesi"nə təsir edəcəyinə heç bir şübhə yoxdur. Mən artıq ortada "sülh prosesi"nin qaldığına əmin deyiləm". Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Avrasiya Analizləri Mərkəzinin başqanı, istefada olan fövqəladə və səlahiyyətli səfir Ömər Lütəm verib. 
Politoloq bildirib ki, Sarkisyanın da "sülh prosesi" varmış kimi davrandığına inanmır: "Çünki o, bir ildən bəri bütün açıqlamalarında getdikcə sərtləşən bir üslubla Türkiyəni "protokollara sadiq qalmamaqda" günahlandırmağa çalışır, protokolların heç bir ön şərt olmadan təsdiq edilməsini tələb edir və protokolların Qarabağın işğalı ilə əlaqəsi olmadığını deyir. Türkiyənin mövqeyinin dəyişməyəcəyini bildiyinə görə, Sarkisyanın "sülh prosesi"ndən bir gözləntisi olmadığını deyə bilərik. Necə ki, iş "Qarabağı biz aldıq, gələcək nəsillər də Ağrını alar" nöqtəsinə qədər gəldi. Sarkisyan bunu niyə edir? Bu açıqlamalar daxili siyasətə yönəlib. Çünki gələn il Ermənistanda həm prezident, həm parlament seçkiləri keçiriləcək. Mənə elə gəlir ki, Sarkisyan bu açıqlamaları ilə gələn ilə investisiya qoyur. O, özünə bu cür yol seçdi, çünki bu cür açıqlamaları Ermənistanı daxili siyasətində kapitala çevirmək asandır. Orada bu cür radikal davranışlar həddən çoxdur - sanki bu cür açıqlamaları auksiona çıxarıb daha baha qiymətə satmaq istəyirlər".
Ömər Lütəm bildirib ki, Ermənistanda bir çox siyasətçi Azərbaycan və Türkiyənin əleyhinə danışmağı özünə borc bilərək siyasi kapital yığmağa çalışır: "Elə isə bu durum Ermənistanı ən çox ehtiyacı olan "sülh prosesi"ndən uzaqda tutur. Bu proses Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdıracaq. Biz onsuz da yaxınıq, qardaşıq. Ancaq yaxınlıq kifayət etmir - bu yaxınlığı bütün sahələrdə dərin əməkdaşlığa çevirməliyik. Yaxınlaşmaq bizim üçün həmişə asandır, ancaq önəmli məsələ bu yaxınlaşmanı bütün sahələrdəki əməkdaşlıqlarla pərçimləməkdir".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında