Londonda keçirilmiş konfranslarda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu barədə məlumat verilmişdir

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Hikmət Babaoğlu Londonda fəaliyyət göstərən Elm və Ali Təhsil üzrə Beynəlxalq Akademiyanın "İnsan cəmiyyətinin müasir inkişaf problemləri" və "İnsan cəmiyyətinin özünütəşkil formalarının inkişafı və təşkili problemləri" mövzularında üçüncü və dördüncü beynəlxalq elmi-praktik konfranslarında iştirak etmişdir. 
Konfranslar Akademiyanın "Elmi təhlil üzrə dünya, qitə, milli və regional birincilik" layihəsi çərçivəsində keçirilmişdir.
H.Babaoğlu tədbirlərdə "Qloballaşmanın müasir dünya siyasətinin formalaşmasına təsiri" və "Asiyadan Avropaya miqrasiya: Avrasiyada orqanik bütövlüyü, simmetrik inteqrasiyanı və millətlərarası paritet münasibətləri təmin edən amil kimi" mövzularında məruzələrlə çıxış etmişdir. Baş redaktor məruzələrində müasir dövrdə müstəqil Azərbaycanın xarici siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi prioritetlər, müstəqil aktor kimi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yeri və rolu, hazırda regionda və subregionda dövlətimizin strateji çəkisi və digər məsələlərdən bəhs etmişdir.
H.Babaoğlu Akademiyanın sertifikatları ilə təltif olunmuşdur. Onun məqalələri isə konfransların materiallarının dərc olunduğu topluya daxil edilmişdir. Sertifikatlar beynəlxalq elmi layihələr departamentinin rəhbəri Tomas Morqanın imzası ilə H.Babaoğluna çatdırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında