Nuşirəvan Məhərrəmli: Kabel televiziyaları keyfiyyət məsələlərinə yenidən baxmalıdırlar

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) kabel televiziyalarının xidmət keyfiyyətinin artırılmasını vacib hesab edir. Trendə müsahibəsində MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirmişdir: "Azərbaycanda kabel televiziyalarının keyfiyyəti o səviyyəyə çatdırılmalıdır ki, insanlar çanaq antenalarındansa, kabel televiziyalarının xidmətlərindən istifadəni üstün tutsunlar".
Onun sözlərinə görə, dövlətin çanaq antenalarının yığışdırılması barədə mövqeyi və qərarı yoxdur: "Dövlət inzibati qaydada çanaq antenalarının yığışdırılması barədə qərar verə bilməz. Bu proses təbii üsullarla getməlidir, yəni kabel televiziyalarının keyfiyyəti o həddə çatdırılmalıdır ki, insanlar çanaq antenalarından imtina etsinlər".
MTRŞ sədri onu da bildirib ki, çanaq antenaları həm şəhərin gözəlliyinə zərər vurur, həm də hündürmərtəbəli binalarda belə antenaların quraşdırılması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Son illər kabel televiziyalarının xidmət keyfiyyətində nəzərəçarpacaq artım müşahidə olunur:
"Hətta bəzi kabel televiziyaları rəqəmsal yayıma da keçiblər. Ona görə də çanaq antenalarından istifadə etməkdənsə, kabel televiziyasının xidmətlərindən istifadə etmək sərfəlidir. Çünki çanaq antenalarından istifadə edən şəxslər Avropa ölkələri, Rusiya və ya digər ölkələrin televiziyalarının proqramlarına baxmaq istəsələr, mütləq gərək bir neçə antena quraşdırsınlar. Ancaq kabel televiziyası vasitəsi ilə cəmi bir xəttə qoşulmaqla bütün regionların kanallarına baxmaq mümkündür".
Kabel televiziyalarının xidmət haqlarının aşağı salınması barədə sualı cavablandırarkən N.Məhərrəmli demişdir ki, hazırda kabel televizyalarının xidmətlərinin standart paketinin qiyməti 9-10 manat civarındadır və bu, optimal qiymətdir. Qiymətlərin bundan aşağı salınması iqtisadi baxımdan səmərəli olmazdı, çünki kabel televiziyaları yayımladıqları pullu kanallara özlərinin hər abonenti üçün pul ödəyirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında