Yaqub Mahmudov: İstiqlal Muzeyi xalqımızın istiqlal mübarizəsinə dair zəngin tarixi və elmi mənbə olacaq

"Bakıda İstiqlal Muzeyinin tikintisi ilə bağlı dövlət başçısının sərəncamı yüksək dəyərə malikdir. Bu qərar xalqımızın istiqlal tarixinə olan münasibətin ifadəsidir". Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov demişdir.
Y.Mahmudov bildirmişdir ki, Azərbaycan xalqının istiqlal tarixinin öyrənilməsi istiqamətində alimlərimiz tərəfindən indiyə qədər bir sıra vacib araşdırmalar aparılmış, dəyərli tədqiqat əsərləri nəşr olunmuşdur. Bütün bunlar isə dövlətimizin dəstəyi ilə reallaşmışdır. "Ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan tarixinin, xüsusilə istiqlal tariximizin dərindən öyrənilməsi ilə bağlı alimlərimizə tövsiyələr verirdi. Ulu öndərimiz bu yöndə tarixi əhəmiyyətli sərəncamlar imzalamışdır. Bu gün cənab Prezident İlham Əliyev də bu yolu uğurla davam etdirərək tariximizin öyrənilməsi istiqamətində ciddi qərarlar verir. İstiqlal Muzeyinin tikintisi ilə bağlı Prezident Sərəncamı da bu baxımdan xüsusi önəm daşıyır. Hesab edirəm ki, bu muzey xalqımızın istiqlal mübarizəsinə dair zəngin tarixi və elmi mənbə olacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında