DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində yataqxana və yeməkxana binaları istifadəyə verilmişdir

Avqustun 4-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində yeni yataqxana və yeməkxana binaları istifadəyə verilmişdir. 
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov iştirak etmişdir.
Məktəb rəisinin vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Çərkəz Həsənov nazir müavininə raport verərək bildirmişdir ki, bu tədris müəssisəsində son illər dinləyicilərin daha keyfiyyətli, müasir tələblər səviyyəsində təhsil almaları, polis peşəsinin sirlərini daha dərindən mənimsəmələri üçün xeyli iş görülülmüşdür. Tədrisin müasir Avropa standartlarına uyğun qurulması üçün yeni üsul və metodlar tətbiq olunmuş, ixtisaslaşdırılmış fənn kabinetləri yaradılmış, kompyuter bilgilərinin və ingilis dilinin tədrisinə başlanılmışdır. Hər cür texniki və məişət avadanlığı ilə təmin olunmuş yeni dördmərtəbəli yataqxana və 250 yerlik yeməkxana binalarının tikintisinə isə bir il əvvəl başlanmışdır. DİN Əsaslı Tikinti İdarəsi tərəfindən inşa olunan hər iki tikili dinləyicilərin peşə hazırlığına, tədrisin keyfiyyətinə də müsbət təsir göstərəcəkdir.
Nazir müavini Oruc Zalov mərasim iştirakçılarını daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik etmiş, təhsildə, seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulamışdır.
Yeni tikililərlə yaxından tanış olan nazir müavini burada ilk dəfə xidmətə başlayan polis nəfərləri üçün yaradılmış sosial-məişət şəraitindən razı qaldığını bildirmişdir. Qeyd etmişdir ki, ölkəmizdə gənclərə, onların müxtəlif ixtisaslara yiyələnməsinə, sosial-məişət problemlərinin həllinə daim diqqət və qayğı göstərən dövlət başçısı İlham Əliyevin bu siyasəti daxili işlər orqanlarında da uğurla həyata keçirilir. DİN rəhbərliyinin gündəlik nəzarəti və tələbkarlığı nəticəsində gənc əməkdaşların çətin və şərəfli peşənin sirlərinə mükəmməl yiyələnmələri üçün lazımi şərait yaradılır, qarşıya çıxan problemlər öz müsbət həllini tapır.
O.Zalov vurğulamışdır ki, məktəbin rəhbərliyi, komandir-müəllim heyəti və dinləyiciləri bu diqqətə və qayğıya yüksək peşə hazırlığı və xidməti nailiyyətləri ilə cavab verəcəklər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında