Zaqatalada andiçmə mərasimi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə, 9 may-Qələbə gününə və gənc əsgərlərin andiçmə mərasiminə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Qax, Balakən, Zaqatala rayonlarının icra başçılarının müavinləri, həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, valideynlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Zaqatala Sərhəd Dəstəsinin komandiri Rövşən Səfərov, veteranlar və digər tədbir iştirakçıları çıxış edərək hərbi hissənin zabit, gizir və əsgərlərini ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, Qələbə günü və gənc əsgərlərin andiçmə mərasimi münasibəti ilə təbrik etmişlər. Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk gündən nizami ordu quruculuğu istiqamətində gördüyü işlərdən, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması məqsədi ilə Dövlət Sərhəd Xidmətinin yaradılması və formalaşdırılmasında, sərhəd qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsində əvəzsiz rolu qeyd olunmuş, hazırda bu strategiyanın Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.
Daha sonra tədbir iştirakçıları hərbi hissənin çevik alayının əsgərlərinin nümunəvi çıxışlarına baxmışlar. Tədbir Zaqatala rayon incəsənət ustalarının konsert proqramı ilə davam etdirilmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında