Aram Manukyan: Ermənistan süqut etmək ərəfəsindədir

Ermənistanın ən böyük problemi mühacirətdir. Bu fikri İrəvanda Ermənistan Milli Konqresinin mitinqində çıxış edən Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyan bildirmişdir.APA Armenia Today-a istinadən məlumat verir ki, 6 ay ərzində Ermənistandan 90 min nəfər mühacirət etmişdir. A.Manukyan demişdir: "Mən hesab edirəm ki, mühacirət Ermənistanın əsas problemidir. Bu satqınlıq və soyqırımı, ölkənin xaincəsinə boşaldılması siyasətidir. Hər il yalnız Belçikaya vətəndaşlıq almaq üçün 1400 erməni müraciət edir. "Başqa Avropa ölkələrində də analoji vəziyyətdir. Siyasi sığınacaq istəyirlər, müxtəlif xəstəliklər fikirləşirlər. Ermənistan boşalır, ölkə süqut etmək ərəfəsindədir". 
Manukyan daha sonra bəyan edib ki, ermənilər artıq adi fəhlə işləmək üçün uzaq Afrika ölkələrinə belə gedirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında