Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır

Avqustun 3-də Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu keçən ay dünyada və regionda baş vermiş ictimai-siyasi proseslərin təhlilinə dair analitik hesabatını təqdim etmişdir. 
Politoloq demişdir ki, hesabat dövründə Azərbaycanın iqtisadiyyatı daha da inkişaf etmiş, beynəlxalq əlaqələri möhkəmlənmişdir.
M.Əhmədoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son proseslərə münasibət bildirmiş, məsələnin həlli istiqamətində regionda baş verən son proseslərin Azərbaycanın xeyrinə olduğunu vurğulamışdır.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərin Kazan görüşünə növbəti dəfə münasibət bildirən politoloq orada məkrli qonşumuz Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutduğunun bir daha sübuta yetirildiyini qeyd etmişdir. Bu mövqeyə görə Rusiyanın Ermənistanı cəzalandıracağını güman etdiyini deyən M.Əhmədoğlu bildirmişdir ki, Ermənistan danışıqlar prosesini uzatmağa çalışır. Buna görə də Ermənistan beynəlxalq aləmdə də siyasi nüfuzunu itirmişdir.
Mərkəzin sədri vurğulamışdır ki, Ermənistan hazırda ən ağır dövrünü yaşayır. Bu dövlət region üçün ciddi təhlükə mənbəyidir və tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır. Problemlərin başlıca səbəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. Münaqişənin həll olunmaması Ermənistanda vəziyyəti daha da çətinləşdirmiş, yeni problemlər yaratmışdır. Ermənistandakı ağır iqtisadi vəziyyət ictimai-siyasi durumu daha da gərginləşdirmişdir. Vəziyyətin ağırlaşmasından narazı olan ermənilər ölkəni tərk edirlər. Beləliklə, miqrasiya problemləri artır. Hətta bunu Ermənistan prezidenti özü də etiraf etmişdir.
Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı bəyanatına münasibət bildirən politoloq vurğulamışdır ki, belə hallar əvvəllər də olmuşdur. Vaxtilə ermənilər İrana, Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış etmiş, hətta bunu sübuta yetirməyə çalışmışlar. Bu, erməni xəstəliyidir və ermənilərin zəifliyini göstərir. S.Sarkisyanın bu bəyanatı Ermənistanın işğalçı ölkə olduğunun rəsmən təsdiqidir.
Ermənistanın hazırkı vəziyyətinin müqayisəli təhlilini apararaq mərkəzin sədri demişdir ki, bu ölkənin iqtisadiyyatı getdikcə tənəzzülə uğrayır. Azərbaycan isə hər bir sahədə inkişaf edir, əhalisi və hərbi büdcəsi artır, regionun lider dövlətinə çevrilir.
İyulda həyata keçirilmiş səfərlər, əldə olunmuş nailiyyətlərdən danışan M.Əhmədoğlu keçən ayın Azərbaycan üçün bütövlükdə uğurlu olduğunu vurğulamışdır.
Hesabatda dünyada və regiondakı mühüm hadisələr, həmçinin Azərbaycanın Türkiyə, Rusiya, İran, ABŞ, Belarus və Gürcüstan ilə münasibətləri təhlil olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında