Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov ASAİF fəalları ilə görüş keçirmişdir

Strateji Araşdırmalar Mərkəzində Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov ASAİF fəalları, idarə heyəti və məclis üzvləri ilə görüş keçirmişdir.
APA-nın məlumatına görə, görüşdə ASAİF təşkilatını 10-dan çox ölkədən 30 gənc təmsil etmişdir. Görüşün əsas məqsədi ASAİF-in ənənəvi olaraq hər ilin avqust ayında keçirilən xaricdə təhsil alan və məzun olmuş gənclərin Yay Forumunun keçirilməsi, o cümlədən tələbələrimizin onlarla ölkədə keçirdiyi tədbirlərə dövlət dəstəyinin artırılması, gənclərimizin lobbiçilik fəaliyyətinin daha effektiv hala gətirilməsi olmuşdur. Elnur Aslanov görüş iştirakçıları ilə diskussiya zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda insan kapitalının inkişafına verdiyi dəstək, Dövlət Gənclər Proqramının təsdiqi və ondan irəli gələn məsələlər barədə geniş söz açmışdır. Elnur Aslanov son bir il ərzində ASAİF təşkilatının və üzvlərinin keçirdiyi tədbirləri, forumları sadalayaraq öz təkliflərini bildirmişdir.
Prezident Administrasiyasının rəsmisinin çıxışından sonra ayrı-ayrı ölkələri təmsil edən tələbələr oxuduqları universitetlərdə Azərbaycanla, onun təbliği ilə bağlı keçirdikləri tədbirlərdən, həmçinin bu zaman üzləşdikləri problemlərdən danışmışlar, ölkəmizin daha yaxından tanınması üçün keçiriləcək tədbirlərdən bəhs etmiş, müxtəlif təkliflər irəli sürmüşlər. Daha sonra ASAİF təşkilatının avqustun sonlarında keçiriləcək yay forumuna dair müzakirə aparılmışdır. Görüşdə Elnur Aslanov gəncləri düşündürən suallara cavab vermişdir. Görüşdə millət vəkili Ceyhun Osmanlı iştirak etmişdir. Bu il avqustun 26-da xaricdə təhsil alan və məzun olmuş gənclərin növbəti Yay Forumunun keçirilməsi planlaşdırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında