Qəbələdə "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin növbəti konserti olmuşdur

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin növbəti konserti olmuşdur.  
Avqustun 3-də "Qafqaz Resorte" otelinin qarşısında, açıq səma altında keçirilən konsertdə bəstəkar Soltan Hacıbəyovun "Karvan" simfonik əsəri, Azər Rzayevin və Pyotr Çaykovskinin violin, piano və orkestr üçün konsertləri səsləndirilmişdir.
Orkestrin çıxışı xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə baş tutmuşdur. Orkestr solo ifadan əlavə, İsrailin Keşet Eilon Beynəlxalq Violin ustad dərslərinin yaradıcısı, Buones-Ayres Beynəlxalq Violin Müsabiqəsinin sədri Şmolo Mintzi (İsrail, violin), S.Raxmaninov Fondunun və "Annacy", "Baykal ulduzları" və "Crescendo" beynəlxalq festivallarının bədii rəhbəri Denis Matsuyevi (Rusiya, piano) müşayiət etmişdir. Çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında