Maestro Niyazinin 100 illik yubileyinə hazırlıqla bağlı "dəyirmi masa" keçirilmişdir

Avqustun 3-də Klassik Musiqisevənlər Klubu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə SSRİ-nin və Azərbaycanın xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkar və dirijor Niyazinin 100 illik yubileyinə hazırlıqla bağlı "dəyirmi masa" keçirmişdir.
Bəstəkarların, sənətşünasların, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Prezident İlham Əliyevin "Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 20 may tarixli sərəncamını diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırda sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi özünün tədbirlər planını hazırlayır.
Görkəmli bəstəkar Arif Məlikov böyük sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. Bəstəkar Sərdar Fərəcov, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, dirijor Fəxrəddin Kərimov və başqaları Niyazinin Azərbaycan musiqi sənətinə verdiyi töhfələrdən danışmışlar.
Rejissor Nəsimi Məmmədoğlunun Niyazinin həyat və yaradıcılığından bəhs edən filmi nümayiş etdirilmişdir.
Tədbirdə böyük sənətkar Niyazinin xatirəsinə həsr edilmiş musiqi əsərləri ifa olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında