Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları qisas zəminində baş vermiş oğurluq hadisəsinin üstünü açmışlar

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirmişlər ki, mayın 4-də saat 6 radələrindən 15 radələrinədək naməlum şəxslər Zeynalov Səbuhi İsa oğlunun Nərimanov rayonunun M.Cümə küçəsində yerləşən mənzilinin giriş qapısını açmış, mənzildən S.Zeynalova məxsus içərisində 100 min avro, 20 min ABŞ dolları, 60 min manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi talamışlar.
S.Zeynalova ümumilikdə 201 min manat məbləğində maddi ziyan dəymişdir.
Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 177.3.2 maddələri ilə cinayət işi açılmış, 18-ci polis bölməsi tərəfindən əməliyyat axtarış işləri başlanmışdır.
Aparılmış araşdırmalar nəticəsində zərərçəkmişin qızı Zeynalova Səidə Səbuhi qızının İxayev Elyar Aydın oğlu adlı şəxslə ailə qurmaq məqsədi ilə mütəmadi olaraq görüşməsi haqqında məlumatlar əldə olunmuşdur. Lakin E.İxayevin ailəsi imkansız olduğu üçün Səidənin valideynləri onların ailə qurmasına qarşı çıxmışlar. Qeyd olunan oğurluq hadisəsinin E.İxayevin qisas məqsədi ilə törətməsi ehtimal olunaraq, sonuncunun həyat tərzi və cinayətkar əlaqələri öyrənilmişdir.
Müəyyən edilmişdir ki, Elyar İxayev 1989-cu ildə Bakı şəhərində anadan olmuş və burada yaşayır, Azərbaycan Texniki Universitetində təhsil alır. Əməliyyat tədbirləri nəticəsində E.İxayevin oğurluqda iştirak etməsi ehtimal olunduğu üçün o, 18-ci polis bölməsinə gətirilmişdir. E.İxayevin dindirilməsi zamanı məlum olmuşdur ki, o, Bakı şəhərində yaşayan 1983-cü il təvəllüdlü Pənahov İlqar Pənah oğlu ilə əvvəlcədən əlbir olaraq cinayətin törədilməsi üçün razılığa gəlmişdir.
E.İxayev S.Zeynalovun mənzilində onun qızı Səidə ilə görüşən zaman mənzilin açarlarını əldə etmiş, mənzildəki seyfin yerini müəyyən etmiş və bu barədə İ.Pənahovu təlimatlandırmışdır. Həmin şəxslər S.Zeynalovun qızı ilə mənzili tərk etdiyini müəyyənləşdirmiş və əvvəlcədən razılaşdıqları kimi, özlərində olan açarla qapını açaraq mənzilə daxil olmuş, oradan içərisində pul və qızıl-zinət əşyaları olan seyfi götürərək mənzili tərk etmişlər.
E.İxayev və P.Pənahov seyfi birincinin idarə etdiyi QAZ-31 markalı maşınla Əzizbəyov rayonu Bilgəh qəsəbəsinə aparmış və burda yeni tikililərin arxasında sındıraraq pul və qızıl-zinət əşyalarını götürmüşlər. Seyfin sınıqlarını isə yolun kənarına atmışlar. E.İxayev həmin puldan 28 min manat və 8 min 700 manat S.Zeynalovaya vermiş, qalan pulu və qızıl-zinət əşyalarını isə yaşadığı mənzildə gizlətmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində E.İxayev mayın 12-nə keçən gecə yaxalanmışdır. O, göstərilən məbləği yaşadığı mənzildə döşəmənin altından çıxararaq istintaqa təhvil vermiş, pul və seyfin qırıqları protokollaşdırılaraq götürülmüşdür.
Pənahov İlqar Pənah oğlunun tutularaq istintaqa təqdim olunması istiqamətində əməliyyat-axtarış işləri davam etdirilmiş və o, mayın 12-də şübhəli şəxs qismində saxlanılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında