Hacıqabulda daxili qoşunların şəxsi heyəti üçün nəzərdə tutulmuş yaşayış binasının açılışı olmuşdur

Avqustun 2-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yataqxana binasının istifadəyə verilməsinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir. Tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir. 
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, mərasimdə çıxış edən nazir müavini, daxili qoşunların komandanı general-leytenant Zakir Həsənov yataqxana kompleksinin açılışının daxili qoşunların həyatında əlamətdar gün olduğunu qeyd etmiş, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin silahlı qüvvələrə, o cümlədən Daxili Qoşunlara diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirmişdir. O, yeni binanın tikilməsi ilə əlaqədar DQ-nin komandanlığı və şəxsi heyəti adından daxili işlər nazirinə minnətdarlığını bildirmişdir.
Yataqxanada mənzillə təmin olunmuş mayor Zaur Bağırov, zabitlərdən birinin ailə üzvü Hürü Yusifova çıxış edərək onlara göstərilən diqqət və qayğıya, hərbi qulluqçuların, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə rəhbərliyinə təşəkkür etmişlər.
Daha sonra nazir, general-polkovnik Ramil Usubov çıxış edərək yeni mənzillərin sahiblərini və ailə üzvlərini təbrik etmiş, onlara xoşbəxtlik, cansağlığı və xidməti fəaliyyətdə uğurlar arzulamışdır. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulamışdır. Qeyd olunmuşdur ki, bütün bunlar cinayətkarlıqla mübarizənin, ictimai asayişin nümunəvi qorunub-saxlanmasında, döyüş hazırlığının daha da yüksəldilməsində mühüm rol oynamışdır.
Son illər DİN-in Daxili Qoşunları üçün onlarca müxtəlif təyinatlı obyekt, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqla təchiz edilmiş tibb məntəqələri və s. tikilib istifadəyə verilmişdir.
Daxili işlər naziri mənzillərin orderlərini sahiblərinə təqdim etdikdən sonra binanın açılışını bildirən qırmızı lenti kəsmişdir. İnşasına ötən ilin mayında başlanmış yaşayış binasının sahəsi 6100 kvadratmetrdir. Beşmərtəbəli binada 68 mənzil vardır. Binanın ətrafında 7500 kvadratmetr ərazi abadlaşdırılmışdır.
Ramil Usubov binada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olduqdan sonra zabit ailəsinin qonağı olmuş, onlarla çay süfrəsi arxasında söhbət edərək gündəlik qayğıları və yaşayış şəraiti ilə maraqlanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında