Azərbaycan ilə Rumıniya arasında humanitar sahədə əməkdaşlığın inkişafında yeni mərhələ başlanır

Xəbər verdiyimiz kimi, Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen iyulun 28-dən 31-dək Azərbaycanda səfərdə olmuşdur.  
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən bildirmişlər ki, rumıniyalı nazirin ölkəmizə səfəri çox səmərəli yekunları ilə yadda qalmışdır.
Hunor Kelemenin Baş nazirin müavini Elçin Əfəndiyev, həmçinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşlərində iki ölkə arasında humanitar sahədə əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuş, əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir. Tərəflər humanitar sferada, o cümlədən mədəniyyət və turizm sahələrində əlaqələrin daha da möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini qeyd etmişlər.
Xüsusilə vurğulanmalıdır ki, Hunor Kelemenin səfərinin coğrafiyası təkcə paytaxt Bakı ilə məhdudlaşmamış, o, bu gün sivil dünyanın, sözün əsl mənasında, mədəniyyət mərkəzlərindən birinə çevrilmiş Qəbələdə olmuşdur. Rumıniyalı qonaq Azərbaycanın bu füsunkar bölgəsinə səfəri çərçivəsində Qəbələdə fəaliyyət göstərən qədim Alban kilsəsində udin icması ilə görüş keçirmiş və udinlərin toy mərasimini izləmişdir. Sonra H.Kelemen piano zavodu və Qəbələnin tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşdur. Daha sonra rumıniyalı nazir iyulun 30-da Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimində qonaq qismində iştirak etmişdir.
İyulun 31-də mədəniyyət və milli irs naziri Hunor Kelemenin başçılıq etdiyi Rumıniya nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri uğurla başa çatmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında