Qəbələ RLS-də yenidənqurma işləri iki il ərzində yekunlaşdırılacaq

Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasında (RLS) apardığı yenidənqurma işləri iki il ərzində yekunlaşacaq. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Hazırda stansiyada əsaslı yenidənqurma işləri aparılır, avadanlıqlar, antenalar dəyişdirilir. Bununla əlaqədar olaraq RLS fəaliyyətini qismən davam etdirir.
Stansiyanın 2013-cü ilə qədər ən müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur ki, bu da öz növbəsində RLS-in imkanlarını klassik stansiyalarla müqayisədə bir neçə dəfə artırmış olacaq. Eyni zamanda stansiyanın ətraf mühitə təsiri minimuma endiriləcək.
Ötən həftə Azərbaycana səfər edən Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Qəbələ RLS-ə baş çəkib, burada aparılan yenidənqurma işləri ilə tanış olub.
Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən "Daryal" tipli RLS 1985-ci ildə istismara verilib. RLS 6000 kilometr radiusdakı ərazini nəzarətdə saxlamaq imkanına malikdir.
Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi icarəyə verib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında