Daşkəsəndə qızıl emalı zavodu tikiləcək

Azərbaycanın "Qaradağ", "Çovdar", "Göydağ", "Dağkəsəmən", "Köhnəmədən" filizli sahələr və "Kürəkçay" yatağının işlənməsi üzrə əməliyyat şirkəti AIMROK Daşkəsəndəki "Çovdar" yatağında hasilata başlamağa hazırlaşır.
Artıq əməliyyat şirkəti həmin ərazidə süxurların ilkin emalı zavodunun (Topa Aşındırma Zavodu) layihələndirilməsi və tikintisi üzrə tender elan edib.
Şirkətdən "APA-ECONOMICS"ə verilən məlumata görə, zavodun tikintisi elanı yataqda qızıl hasilatının başlanması planları ilə əlaqədardır. Şirkətin təchizat və logistika şöbəsinin müdiri Namiq İbadov bildirib ki, plana əsasən, ilkin emal zavodu fevral ayında fəaliyyətə hazır olmalıdır. Yataqdan qızıl filizinin hasilatının başlanması da həmin vaxta planlaşdırılıb.
Kommersiya sirri saydıqlarına görə, hələlik şirkətdə zavodda planlaşdırılan istehsal həcmi və ya emalla bağlı rəqəmləri açıqlamırlar. Amma bildirilir ki, yeni zavodun emal gücü Gədəbəydəki zavoddan az olmayacaq, gündəlik planlaşdırılan emal həcmi isə ondan xeyli artıq olacaq (söhbət ölkədə qızıl yataqlarının işlənməsi ilə məşğul olan ilk operator - "RV Investment" şirkətinin "Gədəbəy" qızıl yatağında fəaliyyət göstərən fabrikindən gedir). Yeni zavodda gündə 3 min ton torpağın emalı mümkün olacaq. Şirkətin biznes şöbəsindən isə bildiriblər ki, layihə çərçivəsində zavoddan rayon mərkəzinədək yeni yolun çəkilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın "Qaradağ", "Çovdar", "Göydağ", "Dağkəsəmən" filiz sahələrinin, "Köhnəmədən" sahəsinin və "Kürəkçay" hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş 2006-cı il dekabrın 30-da Azərbaycan hökuməti ilə "Londex Resources S.A.", "Willy & Meyris S.A.", "Fargate Mining Corporation", "Globex International LLP" və "MINDECO" arasında imzalanıb. Növbəti ilin iyun ayında Milli Məclis sazişi ratifikasiya edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında