Bölgələrin sosial-iqtisadi inkişaf strategiyası diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin davamlı inkişaf proqramı müvəffəqiyyətlə icra olunur. Bu inkişaf sayəsində regionlarda sosial-iqtisadi tərəqqi strategiyasının konkret istiqamətlər üzrə yerinə yetirilməsi isə günümüzün əsas reallığıdır. Bu mühüm strateji xəttin ardıcıl tətbiqində hər bir təşkilat öz zəhmətini və yardımını əsirgəməməlidir.
Bununla əlaqədar bu ildən başlayaraq AMEA İqtisadiyyat İnstitutu "Lənkəran iqtisadi rayonunun sosial-iqtisadi strategiyası" adlı xüsusi layihənin həyata keçirilməsinə başlamışdır.
Bu günlərdə Astara Rayon İcra Hakimiyyətində layihənin icrası ilə əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin, icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir. Müşavirəni rayon icra hakimiyyəti başçısının birinci müavini M.Hüseynov giriş sözü ilə açaraq bildirmişdir ki, AMEA İqtisadiyyat İnstitutunun təşəbbüsü ilə keçirilən bu tədbirin mühüm əhəmiyyəti vardır.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun işçi qrupunun rəhbəri, iqtisad elmləri doktoru, professor A.Qafarov geniş məruzə etmiş, xüsusi layihənin aspektləri barədə müşavirə iştirakçılarına məlumat vermişdir.
Sonra yığıncaq iştirakçılarının suallarına ətraflı cavablar verilmişdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında