Azərbaycanda yeddirəqəmli nömrələməyə keçid abonentlər üçün narahatlıq yaratmayacaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi avqustun 1-dən başlayan respublikanın ümumi istifadəli telefon şəbəkəsinin yeddirəqəmli nömrələmə sisteminə keçidinin son istehlakçı üçün hansısa narahatlığın olmaması üçün əlindən gələni edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirlikdən deyiblər.
Məlumata əsasən, nömrə yığımının yeni formatının əziyyətsiz olması üçün ilin sonunadək paralel olaraq nömrə yığımının köhnə formatından da istifadə olunacaq.
Keçid respublikanın telefon şəbəkəsinin tam elektronlaşdırılması sayəsində mümkün olub. Yeddirəqəmli nömrələmə sisteminin tətbiqi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Hazırda nazirlik bu barədə artıq Beynəlxalq Telekommunikasiya İttifaqını (ITU- International Telecommunication Union) məlumatlandırıb. O isə öz növbəsində Azərbaycanın yeni formata keçməsi barədə təşkilatın bütün üzv ölkələrinə məlumat verəcək.
Nazirlikdən verilən məlumata görə, yeddirəqəmli nömrələmə sisteminə keçiddən sonra növbəti addım telefon danışıqları üçün vaxt hesablı ödəniş sisteminin tətbiqi ola bilər.
Abonentlərin yeni nömrə yığımı formatı barədə məlumatlandırılması bilavasitə operator Aztelekom, telekommunikasiya qovşaqları şəbəkəsi, poçt rabitəsi şöbələri, televiziya tərəfindən həyata keçirilir.
Əvvəllər 66 zona kodundan istifadə edilirdisə, yeni variantda cəmi 10 zona kodundan istifadə nəzərdə tutulur. Məsələn, Naxçıvan MR-də yalnız 36, Gəncə zonasında 22, Şəki zonasında 24 zona kodundan istifadə olunacaq. Bu, həm zona kodlarından, həm də nömrə resurslarından səmərəli istifadə etməyə imkan verəcək.
İlk dəfə olaraq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat bazasına Dağlıq Qarabağ regionu üçün ayrılan 26 zona kodunu daxil edib. Yeni zona kodu bütün dünyadan nömrə yığan zaman tanınacaq. Dağlıq Qarabağ regionu istiqamətində zənglər edilərkən zəng edən məlumatlandırılacaq (3 dildə - Azərbaycan, rus və ingilis dillərində) ki, bu istiqamətdə zənglər ərazinin işğal altında olması səbəbindən müvəqqəti olaraq qeyri-mümkündür. Əvvəllər bu istiqamətdə zənglər cavabsız qalırdı, ya da belə nömrənin mövcud olmadığı bildirilirdi.
Yeddirəqəmli nömrələmə sisteminə keçiddə daha vacib aspektlərdən biri nazirliyin istifadəçinin abonent nömrəsini saxlamaq üçün əlindən gələni etməsi olub. Hazırda rayon və kəndlərdə abonent nömrələrinin təxminən 90 faizi saxlanılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında