Səbailli "Şahinlər" Qubada istirahət edəcəklər

Səbail Rayon İcra Hakimiyyəti yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində cari ildə bir sıra tədbirlər hazırlayıb həyata keçirmişdir. 
Məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı avqust ayının 1-də Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsinə start verilmişdir. Rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 nəfər yeniyetmə Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq ənənəvi olan və 6-cı dəfə keçirilən "Şahinlər" yay istirahət düşərgəsinə yola salınmışlar. Mərasim Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanmışdır.
"Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlərdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Qeyd olunmuşdur ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzindədir, burada istirahət üçün hər cür şərait yaradılmışdır.
Bakıdan gedən uşaqlara Qubadakı düşərgədə rayonun Zərdabi adına xüsusi internat məktəbinin şagirdləri də qoşulacaqdır. Uşaqlar üçün xüsusi forma, lazımi idman ləvazimatları alınmışdır. Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi düşərgənin həyətində hərbi-səhra çadırları, yeməkxana, Daxili Qoşunlara, Milli Qəhrəman Mübariz İbrahimova və "Şahinlər" düşərgəsinə həsr olunmuş stendlər quraşdırılmışdır. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaqdır.
Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup hərbi-hazırlıq, təlim-tərbiyə işlərində yaxından iştirak edəcəklər.
İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaq, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.
Yola düşməzdən əvvəl gənc "Şahinlər" ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında