Macarıstanda Namiq Əliyevin "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabı macar dilində nəşr edilmişdir

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə hüquq elmləri doktoru Namiq Əliyevin "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabı Macarıstan EA-nın "Akaprint" nəşriyyatı tərəfindən macar dilində çap edilmişdir. 
Kitabda mövcud beynəlxalq hüququn norma və prinsipləri əsasında ermənilərin tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddialarının əsassızlığı inandırıcı şəkildə sübuta yetirilmişdir.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin kitaba yazdığı müqəddimədə macar oxuculara Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü işğalçı siyasəti haqqında məlumat verilmişdir. "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabı Macarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları və Macarıstan parlamentinin üzvləri, media nümayəndələri, universitet müəllim və tələbələri arasında yayılmış, ölkənin bütün əsas kitabxanalarına hədiyyə edilmişdir.

{nl}

Pərvanə QARAYEVA, AzərTAc-ın xüsusi müxbiri
Budapeşt


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında