Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir

Azərbaycan Beynəlxalq Universitetində xalqımızın ümummilli lideri, Azərbaycan Respublikasının qurucusu və banisi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Respublika Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın çiçəklənməsi və inkişaf etməsi üçün göstərdiyi misilsiz fəaliyyətindən söhbət açmışdır. Natiq bildirmişdir ki, bu gün Azərbaycanın inkişafında, iqtisadiyyatımızın güclənməsində, xalqın rahat və firavan yaşamasında Heydər Əliyev fenomeninin böyk rolu danılmazdır.
Tədbirdə Azərbaycan Beynəlxalq Unversitetinin rektoru , hüquq elmləri doktoru Elşad Abdullayev çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman xalqının mənafeyi naminə fəaliyyət göstərmiş, Azərbaycan haqqındakı həqiqətləri dünya ictimaiyyətinə çatdırmış, Azərbaycan xalqının haqq səsini ucaltmışdır. Xalqına sədaqətlə, vicdanla xidmət edən, hər bir məsələdə Azərbaycanın mənafeyini hər şeydən üstün tutan ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyinin zəruri əsaslarnı yaratmışdır.
Azərbaycan xalqı öz tarixinin ən çətin, böhranlı anlarında nicat yolunu Heydər Əliyev şəxsiyyətində tapmışdır. Məhz onun gərgin əməyi, siyasi uzaqgörənliyi, yaradıcı və ahəngdar fəaliyyəti sayəsində ölkəmizdə geniş demokratik hüquqi islahatlar aparılmışdır.
Konfrasda "Regionşünaslıq" fakültəsinin dekanı M.Quliyeva da öz çıxışında ümummilli lider Heydər Əliyevin həyat yolu və Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri barədə söhbət açmışdır. Universitetin "Beynəxalq iqtisadi münasibətlər" fakültəsinin dekanı İ.Quliyev müstəqil Azərbaycan Respublikasının, qurucusu Heydər Əliyev fenomeninin Azərbaycan ictimai-siyasi həyatının, eləcə də iqtisadiyyatının inkişafındakı misilsiz xidmətindən bəhs etmişdir.
Tədbirdə çıxış edən digər natiqlər belə bir fikri xüsusi vurğulamışlar ki, Azərbaycan xalqı Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini möhkəm dəstəkləyir.
Tədbirin bədii hissəsində Respublika Aşıqlar Birliyinin üzvləri, tanınmış el sənətkarları çıxış etmişlər.

{nl}

Kəmalə TƏYYARQIZI, ABU-nun "Jurnalistika" fakültəsinin III kurs tələbəsi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında