Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclaslarda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV, VI hissələrinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair sorğusuna, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsi ilə bağlı müraciətinə baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.
Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 6-na təyin edilmiş iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciətinə, sentyabrın 12-də isə Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında