Yaşar Əliyev: Ümidvaram ki, Təxsisatlar Komitəsi alt komitənin tövsiyələrini təsdiqləməklə ədalətli mövqe nümayiş etdirəcəkdir

İyulun 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar üzrə alt komitəsi Prezident Barak Obamanın 2012-ci maliyyə ili üçün ölkənin qanunverici orqanına təqdim etdiyi büdcə layihəsini nəzərdən keçirmişdir. 
Bununla əlaqədar AzərTAc-ın müxbiri Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevə aşağıdakı sualla müraciət etmişdir:
-Cənab səfir, hazırda ABŞ Konqresində 2012-ci ilin büdcə məsələləri müzakirə olunur. Erməni diasporu, lobbisi ABŞ tərəfindən 2012-ci ildə Dağlıq Qarabağa 10 milyon dollar məbləğində yardımın ayrılmasına çalışır. Konqresdə keçirilən müzakirələrlə bağlı nə deyə bilərsiniz?
-Bu, son dərəcə vacib məsələ daim səfirliyin diqqət mərkəzindədir. Xatırladım ki, cari il fevralın 14-də Ağ ev "Dövlət Departamenti, xarici əməliyyatlar və aidiyyəti proqramlar" üzrə 2012-ci il üçün büdcə layihəsini Konqresə təqdim etmişdir. Sizin sualınız məhz bu layihəyə aiddir. Fevral ayından etibarən Konqresdə həmin layihə ətrafında gərgin danışıqlar aparılmışdır. Nəhayət, iyulun 27-də Nümayəndələr Palatasının Dövlət Departamentinin və xarici əməliyyatların maliyyələşdirilməsi üzrə alt komitəsi bu qanun layihəsini və onun tərkib hissəsi olan izahedici əlavəni müzakirəyə çıxarmış və nəticədə onların qəbul olunmasını Təxsisatlar Komitəsinə tövsiyə etmişdir.
Lakin tövsiyə olunan layihə bundan sonra hələ bir neçə mərhələdən keçməlidir. Növbəti mərhələ avqustun 3-də olmalıdır. Həmin gün Təxsisatlar Komitəsinin tamtərkibli iclasında layihənin müzakirəsi gözlənilir.
Alt komitənin tövsiyələrində erməni lobbisini qane etməyən bəzi məqamlar var. Buna görə də erməni lobbisi bunlara mane olmaq üçün güclü fəaliyyətə keçmişdir. Ümidvaram ki, avqustun 3-də gözlənilən müzakirələr zamanı Təxsisatlar Komitəsi alt komitənin tövsiyələrini təsdiqləməklə ədalətli mövqe nümayiş etdirəcəkdir.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında