"The Washington Times" qəzetində "Azərbaycanın Əfqanıstana yardımı" sərlövhəli məqalə dərc olunmuşdur

ABŞ-ın nüfuzlu "The Washington Times" qəzetinin 29 iyul tarixli nömrəsində bu ölkədə fəaliyyət göstərən "Heritage" Fondunun baş tədqiqatçısı Ariel Koenin "Azərbaycanın Əfqanıstana yardımı" sərlövhəli məqaləsi dərc olunmuşdur.  
Məqalədə ABŞ-ın Əfqanıstanda "Taliban" silahlılarına qarşı apardığı mübarizədən, verdiyi çoxsaylı itkilərdən söhbət açılır. Eyni zamanda qeyd olunur ki, itki verən təkcə ABŞ deyildir. ABŞ-ın və NATO-ya üzv olan digər ölkələrin sadə vətəndaşlarının xəritədə tapmağa çətinlik çəkdiyi ölkələr belə bu mübarizədə Birləşmiş Ştatlara kömək göstərir, böyük itkilər verirlər. Müəllif bu ölkələr sırasında Azərbaycanın adını xüsusi qeyd edir: "ABŞ və NATO Azərbaycana məxsus yanacaqla dolu təyyarənin iyul ayında Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olmuş 9 heyət üzvünün xatirəsini yad etməlidir. Digər koalisiya müttəfiqlərinin öz əsgərlərini Əfqanıstandan çıxardıqları bir vaxtda, Azərbaycanın antiterror əməliyyatlarında iştirakı onun NATO və Amerika qüvvələrinə göstərdiyi dəyərli yardım kimi qəbul olunmalıdır. Azərbaycan liman və dəmir yolları şəbəkəsi ilə də Əfqanıstandakı Amerika və NATO qoşunlarının təchizatında mühüm rola malik tranzit ölkədir".
Müəllif yazır ki, ABŞ-ın sabiq müdafiə naziri Robert Qeyts Bakıya səfəri zamanı Azərbaycanın Əfqanıstandakı əməliyyatlara həm əsgəri qüvvə, həm də quru və hava məkanından istifadəyə imkan yaratmaqla verdiyi töhfələrə görə şəxsən Prezident İlham Əliyevə təşəkkür etmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu yaxınlarda rəsmi Bakının Əfqanıstana göndərdiyi əsgərlərin sayını iki dəfə artırmaqla bu ölkədə sabitliyə öz töhfəsini verməyə hazır olduğunu bildirmişdir.
NATO-nun baş katibi Andres Foq Rasmussen Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələri təqdir etdiyini demişdir.
ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə rəsmi Bakının Əfqanıstana yardımını yüksək qiymətləndirərək demişdir: "Bu gün NATO iftixarla Azərbaycanı öz tərəfdaşı hesab edir. Azərbaycanın Kosovodan tutmuş İraq və Əfqanıstana qədər təhlükəsizliyin təmin edilməsində töhfələri davamlı və peşəkar olmuşdur. Bu ölkənin NATO ilə əlaqələri təhlükəsizliyi, demokratik dəyərləri möhkəmləndirir, siyasi və hərbi modernləşməni, eləcə də islahatlar proseslərini dəstəkləyir və sürətləndirir".
Məqalədə o da bildirilir ki, ABŞ Azərbaycanı təkcə Əfqanıstan məsələsində etibarlı tərəfdaş olduğuna görə deyil, həm də Xəzərin enerji resurslarının təhlükəsizliyinin təmin edilməsində də vacib strateji tərəfdaş olduğu üçün dəstəkləməkdə davam etməlidir. Müsəlman ölkəsi olan Azərbaycan həm də qlobal terrorizmə qarşı mübarizədə fəal rol oynayır.
Məqalənin müəllifi bu yaxınlarda baş vermiş qəzanı həm Azərbaycan, həm də NATO müttəfiqləri üçün faciəvi hadisə adlandırır. O vurğulayır ki, buna görə də dünyanın bu həssas regionunda təhlükəsizliyin təmin edilməsində Amerikanın göstərdiyi səylərdə hətta kiçik müttəfiqlərin nə qədər mühüm rol oynadığını qiymətləndirməyimiz vacibdir.

{nl}

AzərTAc

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında