Azərbaycanlı musiqiçilər TÜRKSOY kamera orkestrinin tərkibində çıxış edəcəkdir

TÜRKSOY-un 2010-cu ildə yaradılmış kamera orkestri Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, habelə Koreya Respublikasından olan gənc ifaçıları yenidən bir araya gətirəcəkdir. 
Avqustun 2-də orkestrin Ankaradakı konsertində Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov (skripka), Elvin Nəcəfov (alt) və Narim Musayev (skripka) də iştirak edəcəklər.
Postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 20-ci ildönümünə həsr olunan konserti qazaxıstanlı dirijor Ənvər Əkbərov idarə edəcəkdir. Konsertdə klassik Qərb və müasir türk bəstəkarlarının musiqiləri səslənəcəkdir.
Daha sonra kamera orkestrinin TÜRKSOY-a üzv ölkələrə qostrol səfərləri nəzərdə tutulur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında