Avqust ayında hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, yay fəslinin son ayı olan avqustda havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.
Ay ərzində yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ortalarında arabir güclənən şimal küləyinin üstünlüyü temperaturun ötən günlərə nisbətən aşağı enəcəyinə və norma daxilində tərəddüd edəcəyinə səbəb olacaq.
Sinoptiklərin verdikləri proqnoza əsasən avqust ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 27-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.Gecələr 19-24 dərəcə isti təşkil edəcək.Gündüzlər 30-35 dərəcə isti olacağı, ayrı-ayrı günlərdə 38-40 dərəcəyədək yüksələcəyi gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10mm) olacağı gözlənilir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında