"Miqrasiya jurnalının növbəti sayı çapdan çıxmışdır

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) nəşr etdiyi "Miqrasiya" jurnalının növbəti sayı işıq üzü görmüşdür. 
"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanı ilə açılan jurnalda dövlət başçısının miqrasiya orqanları əməkdaşlarının təltif edilməsi barədə sərəncamı və digər rəsmi məlumatlar yer almışdır.
Nəfis şəkildə tərtib olunmuş nəşrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun "Miqrasiya prosesləri cəmiyyətin inkişaf göstəricilərindən biridir" sərlövhəli məqaləsi geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.
Jurnalın bu sayında Dövlət Miqrasiya Xidmətinin 2010-cu ilin yekunlarına, xidmətin yaradılmasının 4-cü ildönümünə, miqrasiya orqanları əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş silsilə yazılar verilmişdir.
Bununla yanaşı, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətində keçirilmiş silsilə tədbirlər, eləcə də xidmət rəisinin səfərləri, ölkəmizdə və xaricdə keçirdiyi görüşlər, xidmət tərəfindən Azərbaycanın milli bayramları, ümumxalq hüzn günləri ilə əlaqədar təşkil olunmuş toplantılar barədə məlumatlar da dərc edilmişdir.
Mətbu nəşrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşaması, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi qaydaları barədə məlumatlar da yer almışdır.
Jurnal Azərbaycan-rus və Azərbaycan-ingilis dillərində dərc edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında