"Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda konfrans keçirilir

Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda beynəlxalq elmi konfrans iyulun 29-da davam etmişdir. 
Tədbirin ölkəmizdə keçirilməsi akademik Cəlal Əliyevin fotosintezin tədqiqi üzrə əldə etdiyi böyük uğurlar, fotosintezin kompleks şəkildə araşdırılması və öyrənilməsi sahəsində dünya elminə verdiyi töhfələrlə bağlıdır.
Konfransda Barry Bruce (ABŞ) "Fotoelektrik yuvacıqlarında fotosintetik komplekslərin inteqrasiya strategiyaları", Olaf Kruse (Almaniya) "İşığın biokütləyə çevrilməsinin molekulyar aspektləri", Anatoliy Tsygankov (Rusiya) "Purpur bakteriyaları hidrogen istehsalçıları kimi", Joanna Grzyb (Polşa) "Zülalların De novo dizayn- fotosintetik sistemlər üçün modullar" mövzularında məruzələr etmişlər.
Digər alimlərin çıxışları da dinlənilmiş, fotosintez prosesinin mühüm istiqamətləri üzrə müzakirələr olmuşdur.
Beynəlxalq konfransda Azərbaycan, Böyük Britaniya, Hindistan, ABŞ, Fransa, Yaponiya, Almaniya, Rusiya, Finlandiya və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edirlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında