Kiyevdə Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın "Seçilmiş məqalələr" kitabının Ukrayna dilində nəşrinin təqdimatı olmuşdur

Ukrayna Yazıçılar İttifaqında Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın "Seçilmiş məqalələr" kitabının Ukrayna dilində nəşrinin təqdimatı olmuşdur.
Məcmuə Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən çap edilmişdir. Kitaba Azərbaycanda ərəb ədəbiyyatşünaslıq məktəbinin banisi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın elmi məqalələri daxil edilmişdir. Nəşrdə həm də Azərbaycanın bu görkəmli şərqşünas aliminin həyat və yaradıcılığına həsr edilmiş məqalələr təqdim edilir.
Kitabın redaktoru Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlidir.
Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin başçısı Eynulla Mədətli, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru, kitabın rəyçisi Qriqori Xalimonenko, tanınmış şərqşünas alim, səfir, Ukrayna XİN yanında Diplomatik Akademiyanın müəllimi Yuri Koçubey, Kiyev-Mogilyansk Akademiyasının dosenti Fərhad Turanlı, kitabı Ukrayna dilinə tərcümə etmiş Gültən Hüseynzadə-Qafqazlı və başqaları çıxış etmişlər. Onlar professor Aida İmanquliyevanın həyat və fəaliyyəti, onun dünya şərqşünaslıq elminə, müasir ərəb ədəbiyyatının tədqiqinə töhfələri barədə söhbət açmışlar.
Tədbir iştirakçılarına professor Aida İmanquliyevanın "Seçilmiş məqalələr" kitabı hədiyyə edilmişdir.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında