SAM-da cari ilin birinci yarısının yekunları müzakirə edilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2011-ci ilin birinci yarısında görülmüş işlərin yekunlarını müzakirə etmişdir.
SAM-dan bildirmişlər ki, qurum 2011-ci ilin ilk altı ayında bir sıra tədqiqat layihələri, mühüm səfərlər, dövlət əhəmiyyətli görüşlər və tədbirlər həyata keçirmişdir.
Türkiyədə fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən türk dilində hazırlanmış "Güney Kafkasiya, toprak bütünlüyü, jeopolitik mücadeleler ve enerji" adlı kitab SAM-ın dəstəyi ilə nəşr olunmuşdur. İngilis dilində nəşr edilən "Caucasus International" rüblük jurnalının ilk nömrəsi, "2011-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərin makroiqtisadi sabitlik, iqtisadi inkişaf və sosial rifaha təsirləri" mövzusunda hazırlanmış hesabat mərkəzin əsas elmi tədqiqatlarındandır. Moskva Dövlət Universitetinin tarix fakültəsinin yaxın xarici ölkələr tarixi kafedrası və Strateji Araşdırmalar Mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanmış "Mayendorfdan Astanayadək: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri" kitabı çapdan çıxmışdır.
"SAM-ın şərhləri" məcmuəsinin üçüncü nömrəsində mərkəzin direktor müavini Gülşən Paşayeva və "Turkish Policy Quarterly" jurnalının redaktoru Nigar Gökselin birgə hazırladıqları "Türkiyə, Rusiya və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarının qarşılıqlı təsiri" sərlövhəli məqalə dərc edilmişdir.
Bu ilin altı ayında Türkiyə və Rusiyanın qabaqcıl beyin mərkəzləri ilə əməkdaşlığa dair memorandumlar imzalanmışdır.
2011-ci ilin birinci yarım illiyində SAM tərəfindən beynəlxalq və ölkə miqyasında tədbirlər keçirilmiş, xarici qonaqların Azərbaycana səfərləri təşkil edilmişdir. STRATFOR özəl elmi korporasiyasının icraçı direktoru Corc Fridman, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru F.Lukyanov və Hayfa və Corc Vaşinqton universitetlərinin nümayəndə heyətlərinin iştirakı ilə "Barak Obama administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzularında tədbirlər keçirilmişdir. "Kiber və milli təhlükəsizlik. NATO siyasəti və milli baxış" mövzusunda konfrans da SAM-ın beynəlxalq səviyyəli tədbirlərindəndir.
SAM tərəfindən milli səviyyədə də bir sıra maraqlı tədbirlər həyata keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birgə təşkil edilmiş "Qloballaşma, milli ideya və Azərbaycan" mövzusunda konfrans böyük rezonans doğurmuşdur. Bundan əlavə, Gənclər və İdman Nazirliyi ilə birgə silsilə ictimai müzakirələr təşkil olunmuşdur.
SAM-ın dəvəti ilə ABŞ-ın qlobal məsələlər üzrə şurasının liderlər missiyası və Truman Milli Təhlükəsizlik Layihəsinin nümayəndə heyətləri Azərbaycana səfər etmiş, onların ölkənin hökumət qurumlarının rəhbərləri və ekspertləri ilə görüşləri təşkil olunmuşdur.
SAM-ın əməkdaşları hazırda Azərbaycanın bir sıra ali təhsil ocaqlarında tədris prosesinə cəlb edilmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında