Rəsmi Bakı Serj Sarkisyanın təcavüzkarlığa təhrik edən bəyanatının beynəlxalq aləm tərəfindən qiymətləndirilməməsindən təəssüflənir

Artıq Ermənistan rəhbərliyi öz çirkin, qeyri-qanuni əməl və niyyətlərini heç bir diplomatik ritorika ilə də pərdələmək istəmir və bu bəyanatla öz əsl mənəviyyatsız simasını üzə çıxarır. Bunu cümə axşamı Trend-ə Ermənistan Prezidenti Serj Sarkisyanın erməni gəncliyinə xitabən "Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür" bəyanatına münasibət bildirərkən XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.
"Əfsuslar olsun ki, Serj Sarkisyanın belə bir təcavüzkar və növbəti işğallara təhrik edən bəyanatı beynəlxalq aləm tərəfindən qiymətləndirilməyib və heç bir reaksiya verilməyib", - deyə Poluxov əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin işğalçı dövlətin rəhbəri olan Sarkisyanın belə bir çıxışından yan keçməsi Sarkisyanın cəzalandırılmamış qalacağına inanmağa əsas yaradır:
"Bu gün Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün danışıq masası arxasında oturan Ermənistanın dövlət başçısının bir təcavüzün nəticələrini aradan qaldırmadan öz ölkəsinin gənclərini yeni təcavüzlərə sövq edən açıq çağırışları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən həm həmsədr ölkələrin səylərini heçə endirməsi, həm də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyidir. Beynəlxalq aləm əsas tutduğu ümumbəşəri prinsiplərə qarşı belə bir hörmətsizliyə göz yummaq mövqeyi tutursa, onda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərin Serj Sarkisyana nə dərəcədə təsirli olacağı şübhə altına alınır".
Poluxov deyib ki, Sarkisyanın belə bir bəyanatından dərhal sonrakı gün erməni snayperinin açdığı atəş nəticəsində Qazax rayonunun Məzəm kəndində 24 yaşlı Poladova Rahibə Firudin qızının yaralanması artıq Serj Sarkisyanın növbəti işğallara verdiyi tövsiyələrin və bunun üçün hətta mülki əhalinin, o cümlədən azyaşlı uşaq və qadınlara qarşı amansızlıqlara verilən xeyir-duasının nəticəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında