Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalı 11,2 dəfə artmışdır

Azərbaycanda 2011-ci ilin birinci yarısında müdafiə təyinatlı məhsulların istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 dəfə artıb. Trend-in Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin tabeli müəssisələrində 2011-ci ilin I yarımilliyinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclaslarında geniş müzakirə aparılmışdır.
İyulun 25-28-də nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda birlik və müəssisələrin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər əsas diqqət mərkəzində olmuşdur. Bildirilib ki, 2011-ci ilin 6 ayında tabeli müəssisələrdə ümumilikdə istehsal olunan məhsulların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
Hesabat dövründə 2011-ci ilin "Dövlət Müdafiə Sifarişi Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturları ilə bağlanmış müqavilələr əsasında ötən ilin müvafiq dövrünə nisbətən 11,2 dəfə çox müdafiə təyinatlı məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib. Həmin dövrdə müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 3,7 dəfə artırılıb. Eləcə də mülki məhsulların istehsalında 14 faiz artım əldə edilib.
İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. "Dövlət Müdafiə Sifarişi Proqramı"nın və digər proqnoz göstəricilərin icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələrdə görülmüş işləri yüksək qiymətləndirib. Qeyd edib ki, kollektiv əldə edilmiş uğurlarla kifayətlənməməli, respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində Silahlı Qüvvələrin müasir silah və döyüş sursatları ilə təmin edilməsi üçün nazirliyin qarşısında qoyulmuş mühüm vəzifələr layiqincə yerinə yetirilməlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında