Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndə heyəti Türkiyədə səfərdə olmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olmuşdur.
Səfər iki ölkənin dövlət qulluğu məsələlərinin inkişafı və bu sahədə əməkdaşlığın gücləndirilməsi çərçivəsində, həmçinin Türkiyə Dövlət Qulluğu Başkanlığının rəhbəri Məhmət Təkinarslanın dəvəti ilə həyata keçirilmişdir.
Nümayəndə heyəti Nevşəhir vilayətində olmuş, vali Əbdürrəhman Savaşla görüşmüşdür. Görüşdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, dövlət qulluğu ilə bağlı iki ölkənin mərkəzi və yerli idarəetmə orqanları arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunmuşdur.
Vali Ə.Savaş azərbaycanlı qonaqlara Nevşəhirin turizm incisi olan Kapadokya bölgəsi haqqında məlumat vermiş, ildə 2 milyon qonaq qəbul edən bu turizm mərkəzinin təcrübəsindən bəhs etmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında