"Bizim ermənilərə veriləcək bir daşımız da yoxdur!"

Serj Sarkisyanın təhrikçi bəyanatı Türkiyədə sərt reaksiya doğurub
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanı iyulun 26-da erməni dili və ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin sualına verdiyi cavaba görə qınayıb. KİV-lərin verdiyi məlumata görə, Türkiyə XİN - in bəyanatında qeyd olunur ki, dövlət adamlarının əsl vəzifələri xalqlarını, xüsusilə gəncləri sülh, sabitlik və rifaha əsaslanan bir gələcək üçün hazırlamaqdır.
XİN onu da vurğulayıb ki, bunun əksinə hərəkət etmək, xalqlar arasında düşmənçilik və nifrət ideologiyasına təhrik edəcək şəkildə gənclərə nəsihət vermək məsuliyyətsiz bir davranışdır: "Bölgədə sülhün bərqərar olması istiqamətində səylərin artdığı bir zamanda Serj Sarkisyanın dilə gətirdiyi ifadələr onun sülh üçün çalışmaq niyyəti olmadığına işarə edir. Bölgədə sülh və rifah üçün səy göstərən hər kəsin Serj Sarkisyanın yersiz ifadələrindən lazım olan nəticələri çıxaracağına inanırıq".
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan erməni dili və ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin ona ünvanladığı suala cavab olaraq ermənilərin Türkiyəyə qarşı torpaq iddiaları olduğunu açıq şəkildə dilə gətirib. Tələbə Serj Sarkisyandan "Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri ala biləcəklərmi?" - deyə soruşub. Serj Sarkisyan isə bunun gənc nəsildən asılı olduğunu vurğulayıb: "Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri almaq sizdən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, Qarabağı düşməndən aldıq. Sizin də gələcəkdə bizim kimi vəzifənizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizlə bağlıdır. Ancaq onu da qeyd edim ki, bu gün dünyada ölkələrin etibarı əraziləri ilə ölçülmür. Ermənistan modern, təhlükəsiz və iqtisadi baxımdan uğur qazanan bir ölkə olsa, etibarı da o qədər yüksək olacaq".
Ermənistan hakimiyyətinə qarşı kəskin cavab isə Türkiyənin İqdır şəhərindəki "Azərbaycan Evi" dərnəyinin rəhbəri Nazim Karadağ tərəfindən verilib. Nazim Karadağ öz bəyanatında bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanın qondarma "Qərbi Ermənistan" barədə bəyanatları siyasi və hüquqi cəhətdən tamamilə səhv atılmış bir addımdır. "Anadolu" agentliyinə açıqlama verən N.Karadağ "Ağrı dağından ermənilərə veriləcək bir daş da olmadığını" vurğulayıb: "Rusların dəstəyi ilə Dağlıq Qarabağı işğal etməyiniz o demək deyil ki, bu torpaqlar sizindir. Gec-tez Azərbaycan dövləti bu torpaqları sizdən geri alacaq. Bir gün axıtdığınız qanda boğulacaqsınız. Ağrı dağını almağa isə sizin gücünüz çatmaz. Həmişə tək ürək olan Türk milləti sizə Ağrı dağından bir daş da verməyəcək. Bizim ermənilərə veriləcək bir daşmız da yoxdur!".

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında