Xaricdə təhsil imkanları

Müasir Təhsil Mərkəzinin (MTM) "İSR-plaza" otelinin konfrans salonunda ictimaiyyət nümayəndələri, orta məktəb məzunları və onların valideynləri ilə keçirdiyi görüşdə gənc soydaşlarımızın Rusiya və Ukraynanın nüfuzlu ali məktəbdlərində təhsil almaq imkanları açıqlandı.
Mərkəzin rəhbəri Şahin Hüseynov bildiridi ki, MTM Rusiya və Ukraynanın 15-dək ali məktəbinin ölkəmizdəki rəsmi təmsilçisidir. Ötən illərdə yüzlərlə azərbaycanlı gənc onların yönəltməsi ilə tibb, iqtisadiyyat, hüquq, jurnalistika, politologiya, turizm, texnika və s. sahələr üzrə bu ölkələrdə ali məktəblərə daxil olmuşdur.
N.İ.Piroqov adına Rusiya Dövlət Tibb Universiteti ilə daha sıx əlaqə yaranmışdır. Hazırda 80-dən artıq soydaşımız müxtəlif tibb ixtisasları üzrə bu şöhrətli universitetdə təhsil alır. RDTU-nun xarici əlaqələr üzrə dekanı Georgi Nikolayeviç Bespolyuk Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün ölkəmizə gəlmişdir.
Sonra moskvalı qonaq təmsil etdiyi ali məktəb barədə toplaşanlara geniş məlumat verdi. G.Bespolyuk bilidirdi ki, 1906-cı ildə yaradılmış və böyük rus təbibi Piroqovun adını daşıyan Tibb Universiteti nəinki Rusiyanın, habelə dünyanın müasir, tanınmış ali məktəblərindən biridir. Ötən onillliklərdə Azərbaycandan bir çox tələbə və həkim RDTU təhsil almış, onun aspirantura və doktoranturasında elmi iş müdafiə etmişdir. Hazırda burada Rusiya dövlətinin sifarişi və 60-a qədər xarici ölkədən müqavilə əsasında 10 minədək tələbə təhsil alır. Gələcəyin tibb işçilərinin yüksək ixtisaslı kadr kimi hazırlanması və normal yaşayıb-oxuması üçün üuniversistetdə hər cür şərait var.
Görüş iştirakıları RDTU və Piroqov haqqında filmlərə baxdıqdan sonra onların sualları cavablandırıldı. Şahin Hüseynov Rusiya və Ukrayna universitetlərində təhsil almaq istəyənlərə əlaqə ünvanlarını çatdırdı:
Nizami küçəsi-81;
www.tehsil.ru;
[email protected];
4-93-37-22.
G.Bespolyuk azərbaycanlı tələbələrin universitetdə böyük həvəs və müvəffəqiyyətlə təhsil aldıqlarını məmnunluqla söylədi və gəncləri RDTU-da oxumağa dəvət etdi.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında