DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı getdikcə artır

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, bu ilin 6 ayı ərzində fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,8 faiz artmışdır. Belə ki, cari ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1297 nəfər əcnəbi vətəndaş qeydiyyata götürülmüşdür. Beləliklə, 2011-ci il iyul ayının 1-nə olan statistik məlumata əsasən, deyə bilərik ki, fərdi uçot sistemində qeydiyyata götürülən əcnəbi vətəndaşların sayı 11 409 nəfərə yüksəlmişdir.
Ümumilikdə DSMF-nin fərdi uçot sistemində 92 xarici ölkə vətəndaşı qeydiyyata alınmışdır. Ötən il və ayların hesabat dövrləri ilə bu ilin 6 ayını müqayisə etsək, say hesabına görə yenə əvvəlki kimi Türkiyə vətəndaşlarının çoxluq təşkil etdiyini görərik. Qardaş ölkənin Azərbaycanda çalışan vətəndaşlarının sayı 6627 nəfərdir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının isə sayı 1420 nəfərə çatmışdır. Say çoxluğuna görə üçüncü yerdə gələn Rusiya Federasiyasının 597 nəfər vətəndaşı fərdi uçot sistemində qeydiyyatdadır. Sonrakı yerlərdə 378 nəfərlə İran İslam Respublikasının, 271 nəfərlə Hindistanın və 232 nəfərlə Çin Xalq Respublikasının vətəndaşları gəlir. Böyük Britaniya və Şimali İrlandiya Krallığından olan 136, Özbəkistandan olan 131, Pakistan İslam Respublikasından 197, Almaniyadan 91, Ukraynadan 90, Malayziyadan 80, Türkmənistandan 72, Qazaxıstandan 66, ABŞ-dan 61 nəfər əcnəbi DSMF -nin fərdi uçot sistemində qalan yerləri bölüşürlər.
Qeyd etmək yerinə düşər ki, 2006-cı il yanvar ayının 1-dən etibarən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılmışdır. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında