Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul olunmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, TQDK Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, DSX Akademiyasının aşağıda qeyd olunan ixtisasları üzrə əlavə müsabiqə elan edir: Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi (I qrup üzrə), uçuş mühəndisliyi (I qrup üzrə), dövlət və bələdiyyə idarəetməsi (II qrup üzrə).
Müsabiqədə 2011/2012-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə I və II ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış (riyaziyyat fənni üzrə nisbi balı 10-dan az olmayan) oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 28-dən avqustun 5-dək Dövlət Sərhəd Xidmətində yaradılmış sənəd qəbulu komissiyasına müraciət etməlidirlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında