Baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl mətbuat konfransı keçirmişdir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl Ankaranın "Esenboğa" hava limanında mətbuat konfransı keçirmişdir. Baş nazir demişdir ki, Bakıda ikitərəfli və geniş tərkibdə görüşlər keçirəcəyik. Bu səfər həm də müstəsna qardaşlıq və dostluq hisslərinin bir əlamətidir və Azərbaycanla ikitərəfli əlaqələrimizi, müxtəlif sahələrdə geniş əməkdaşlığımızı müzakirə etməyə, habelə regional məsələlər haqqında fikir mübadiləsi aparmağımıza şərait yaradacaqdır.  
Rəcəb Tayyib Ərdoğan demişdir ki, biz bu günədək xalqlarımız arasındakı tarixi telləri qlobal layihələrlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olmuşuq və bunu daha da gücləndirmək istəyirik. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrini xatırladan Türkiyə hökumətinin başçısı bildirmişdir ki, Bakıda enerji məsələləri ilə bağlı müzakirələr, 2017-ci ildə həyata keçiriləcək "Şahdəniz-2" layihəsi ilə bağlı fikir mübadiləsi aparılacaqdır. Digər mühüm layihə Bakı-Tbilisi-Qars dəmir yoludur ki, bu xəttin inşası da sürətlə davam edir. Enerji layihələrimiz Nabukko layihəsi ilə də güclənərək davam edəcəkdir. Avropa İttifaqının bu layihədə istədiyi 10 milyard kubmetr təbii qazdır. Baş nazir daha sonra demişdir ki, biz bu layihələrlə təkcə Türkiyə və Azərbaycanın rifahına deyil, eyni zamanda Avrasiya məkanında və Cənubi Qafqazda sabitlik və rifahın olmasına da töhfələr veririk. Bu, Türkiyənin regionda xarici siyasətinin təməlini təşkil edir. Azərbaycanda keçirəcəyimiz görüşlərdə Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətindəki səylərlə bağlı da geniş müzakirələr aparacağıq. Bu çərçivədə, bölgədə rifah və tərəqqiyə ciddi əngəl olan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həllini bir daha bəyan etmək imkanımız da olacaqdır. Eyni zamanda, Türkiyənin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini də bildiririk.
Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Azərbaycanda yaşayan Türkiyə vətəndaşları, son illər dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına töhfələri olan iş adamları ilə də görüşəcəyini söyləmişdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında