Azərbaycanda bütün dinlərə ən yüksək səviyyədə qayğı göstərilir

Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov bu ölkənin Milli, Dini və Xeyriyyə İşləri üzrə Nazirliyinin rəhbərliyi ilə görüşmüşdür. 
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, görüşdə S.İmanov Dünya Azərbaycanlılarının III Qurultayı və Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı barədə ətraflı məlumat vermişdir.
Samir İmanov nazirlik rəsmilərinə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun salamlarını çatdırmışdır.
BƏƏ-nin Milli, Dini və Xeyriyyə İşləri üzrə Nazirliyinin rəhbərliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər.
Nazirlik rəsmiləri Samir İmanovu "Tərəqqi" medalı ilə təltif olunması münasibətilə təbrik etmişlər.
"Azərbaycan" Cəmiyyətinin sədri nazirliyə və Dubayın digər dövlət və hökumət təşkilatlarına göstərilən dəstəyə görə, minnətdarlığını bildirmiş, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış "Azərbaycan - tolerantlıq məkanı" kitabını onlara təqdim etmişdir.
Kitabla tanışlıqdan sonra nazirlik rəsmiləri Azərbaycanda məscidlərin inşa edilməsinə qadağanın olması barədə fikirlərin yanlış olduğunu anladıqlarını, Azərbaycanda həqiqətən də tolerantlığın, istər islam, istərsə də digər dinlərə ən yüksək səviyyədə qayğı göstərildiyinin, əsrarəngiz memarlıq üslubunda inşa olunmuş çoxsaylı məscidlərin mövcudluğunun şahidi olduqlarını vurğulamışlar.
Onlar Samir İmanovu iyul ayının 29-da Dubayda açılacaq yeni məscidin açılışına dəvət etmişlər.
Qeyd edək ki, "Azərbaycan - tolerantlıq məkanı" kitabı Dubayın digər dövlət və hökumət üzvlərinə də təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında