Qəbələ III Beynəlxalq Musiqi Festivalında kamera musiqisi və "Viva opera" konserti olmuşdur

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi və "Viva opera" konserti olmuşdur. 
İyulun 25-də "Qafqaz Resorte" otelində keçirilən kamera musiqisi konsertində görkəmli Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir.
İkinci hissədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin "Viva opera" konserti olmuşdur. Konsertdə dünya şöhrətli bəstəkarlardan C.Verdinin, J.Bizenin, V.Bellinin, L.Delibin, N.Rimski-Korsakovun, F.Əmirovun, F.Çileanın, C.Puccininin və P.Leonkavallonun operalarından ariyalar və duetlər ifa olunmuşdur.
Konsertlərdə pianoçular - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist Kəmalə Neymanova, əməkdar artist Nərgiz Əliyarova, əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova və Səbinə Əsədova, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti Ülviyyə Novruzova, əməkdar artist, Prezident təqaüdçüsü Əvəz Abdullayev, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, xalq artisti Azad Əliyev, beynəlxalq mükafatlar laureatı Yusif Eyvazov çıxış etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında