Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda konfrans davam edir

Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda beynəlxalq elmi konfrans davam edir. Beynəlxalq konfransın ölkəmizdə keçirilməsi akademik Cəlal Əliyevin fotosintezin tədqiqi üzrə əldə etdiyi böyük uğurlar, fotosintezin kompleks şəkildə araşdırılması və öyrənilməsi sahəsində dünya elminə verdiyi töhfələr ilə bağlıdır.
Konfransda Norio Murata (Yaponiya) "Vivo şəraitdə foto inhibirləşmənin mexanizmi", Steven Lonq (ABŞ) "Əkində fotosintezin effektivliliyini yüksəltmək üçün istifadə olunan sistemlərə və sintetik bioloji tədqiq yollarına yenidən baxılması" mövzularında məruzələr etmişlər.
Sonra digər alimlərin çıxışları dinlənilmiş, geniş fikir mübadiləsi olmuşdur.
İyulun 30-da başa çatacaq konfransda fotosintez prosesinin mühüm istiqamətləri üzrə müzakirələr keçiriləcəkdir.
Beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, Almaniya, Fransa, Yaponiyadan alim və mütəxəssislər iştirak edirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında