Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan orta məktəb fəaliyyət göstərəcəkdir

Rusiyanın Həştərxan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan orta məktəb fəaliyyət göstərəcəkdir.
İyulun 19-da şəhərin meri və vilayətin Təhsil və elm məsələləri komitəsi Həştərxanın mərkəzindəki 11 nömrəli ümumtəhsil orta məktəbinə Azərbaycanın ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin adının verilməsi haqqında birgə qərar qəbul etmişlər.
Qərarda bildirilir ki, cari dərs ilində təmir edilərək dünya təhsil standartlarına uyğunlaşdırılmış məktəb özünün yeni tikilmiş korpusu və digər inzibati binaları ilə şagirdləri qəbul edəcəkdir.
Həştərxan şəhərinin mərkəzindəki ən böyük parkda ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuş və parkın ətrafında böyük istirahət kompleksi yaradılmışdır. Bu ilin sonuna qədər həmin istirahət kompleksi ilə Volqa çayının sahilindəki Birinci Pyotr parkı arasında "Bakı-Dostluq" körpüsü də inşa ediləcəkdir. Ulu öndərin adını daşıyan məktəbdə təhsil alacaq şagirdlər sentyabrda bu məktəbə həmin körpüdən keçərək gedəcəklər.
Qeyd edək ki, 11 nömrəli məktəb nəinki Həştərxan şəhəri və vilayətinin, eyni zamanda, Rusiya Federasiyasının ən nümunəvi məktəblərindən biridir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında