AzərTAc ilə Polşa Xəbər Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da Polşa Xəbər Agentliyinin (PAP) İdarə heyətinin sədri Yerji Pasiorkovski ilə görüş olmuşdur.
Görüşdə AzərTAc ilə PAP arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirmişdir ki, agentliklər arasında əməkdaşlıq haqqında sənədin imzalanması, qarşılıqlı əlaqələrin genişlənməsi, heç şübhəsiz, Polşa-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə layiqli töhfə verəcəkdir.
A.Aslanov demişdir ki, Azərbaycan və Polşanın milli informasiya agentlikləri Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində fəal əməkdaşlıq edirlər.
Agentliklər arasında əməkdaşlığın indiki səviyyəsindən razı qaldığını bildirən Yerji Pasiorkovski vurğulamışdır ki, qarşılıqlı əlaqələri möhkəmləndirmək üçün böyük potensial vardır.
Polşa agentliyinin başçısı əməkdaşlıq imkanlarını genişləndirmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə AzərTAc-ın nümayəndə heyətini Varşavada qəbul etməyə hazır olduğunu bildirmişdir.
Görüşdə agentliklər arasında informasiya və jurnalist mübadiləsi məsələlərinə də toxunulmuşdur.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında